22 
İyn
2019
23:51
34
406
20132
Virtual karabakh

“Megafun”da şarlar partlayıb: yaralılar var - YENİLƏNİB

22 İyn, 2019
23:51
20132

“Megafun”da şarlar partlayıb: yaralılar var - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma baş verib.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın hadisəsi baş verməyib.

Xəsarət alan 8 nəfərə (3-ü uşaq) ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

23:07

Bakıda “Megafun” əyləncə mərkəzində bədbəxt hadisə olub.

Oxu.Az xəbər verir ki, əyləncə mərkəzində iri helium şarı partlayıb və nəticədə bir neçə nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar təcili yardıma müraciət olunub:

“Saat 20:45 radələrində daxil olan çağırış əsasında hadisə yerinə təcili yardım briqadası yollanıb. Yaralılar təcili olaraq Yanıq Mərkəzinə aparılıb.

Həkim müayinəsi zamanı 53 yaşlı kişi və qadına hər iki ətrafın yanığı, 21 yaşlı oğlana sağ əlin yanığı diaqnozu qoyulub. Daha 7 nəfərə isə hadisə yerində ilkin yardım göstərilib”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri