25 
İyn
2019
16:05
13
206
6049
Virtual karabakh

Sürücü təkər təmirinin badına getdi

25 İyn, 2019
16:05
6049

Sürücü təkər təmirinin badına getdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabadda 51 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Poladtoğay kəndində baş verib.

Kənd sakini, 1968-ci il təvəllüdlü Məmmədov Asəf Əlihüseyn oğlu idarə etdiyi yük maşınının sıradan çıxmış təkərini təmir edən zaman metal parçası yerindən çıxaraq ona çırpılıb.

Ağır xəsarət alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Lakin o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri