25 
İyn
2019
11:58
15
142
2311
Virtual karabakh

Əflatun Amaşov: Azərbaycan mətbuatının patriarxını itirdik

25 İyn, 2019
11:58
2311

Əflatun Amaşov: Azərbaycan mətbuatının patriarxını itirdik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan mətbuatının patriarxını itirmişik. Şirməmməd Hüseynovun vəfatı Azərbaycan mətbuatı və cəmiyyəti üçün çox böyük itkidir.

Oxu.Az-ın məlumatına görə, bunu böyük alim Ş.Hüseynovla vida mərasimi zamanı jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib.

Ə.Amaşov qeyd edib ki, Ş.Hüseynov öz yaradıcılığı ilə bütün nəsillərə nümunədir: 

“Onun üçün hər şeydən öncə millət, dövlət və vətən idi. O, elə bir məktəb yaradıb ki, həmin məktəbin işığı uzun illər, daim Azərbaycanı işıqlandıracaq”.

Qeyd edək ki, Bakı Dövlət Universitetində keçirilən vida mərasimi saat 13:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri