25 
İyn
2019
14:02
338
35
6265
Virtual karabakh

Azərbaycana hibrid avtomobillər gətiriləcək

25 İyn, 2019
14:02
6265

Azərbaycana hibrid avtomobillər gətiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan əhalisinin təxminən 40 faizi Bakı və Abşeron ərazisində yaşayır. 

Oxu.Az xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunun panelində çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Abşeron ərazisində yaşıllıq az olduğu üçün yeni ağacların əkilməsinə ehtiyac var. 

“Bunun üçün də yeni su mənbələri axtarmalıyıq. Abşeron coğrafi baxımdan səhra və yarımsəhradır. Burada suyun ənənəvi yolları olmadığı üçün şəhər ətrafından gətirilir. Bu da qarşımızda duran ən vacib məsələlərdən biridir”.

Nazir avtomobillərdən atmosferə atılan tullantılar məsələsinə də toxunub:

“Hazırda Azərbaycana hibrid avtomobillərin gətirilməsi təşviq edilir. Bununla da atmosferə atılan zərərli qazların təsirini azaltmaq istəyirik”.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri