25 
İyn
2019
14:10
60
523
6051
Virtual karabakh

“Range Rover”lə qəza törədən polis serjantına bəraət verildi

25 İyn, 2019
14:10
6051

“Range Rover”lə qəza törədən polis serjantına bəraət verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Oxu.Az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə çıxarılan hökmə əsasən, X.Məmmədova bəraət verilib. 

O, məhkəmə iclas zalından azadlığa buraxılıb. 

Qeyd edək ki, bir neçə proses əvvəl məhkəmə istintaqının başa çatdığı elan edilmiş və prokuror təqsirləndirilən şəxsə cəza istəmişdi.

Sonradan hakimlər kollegiyası isə işdə prosessual pozuntuların olduğu qənaətinə gələrək, məhkəmə istintaqının yenilənməsi, bu iş üzrə prokurorluq və polis əməkdaşlarının dindirilməsi barədə qərar vermişdilər.

Dindirilməsi nəzərdə tutulan şəxslər ötən prosesdə dindirilib.

Xatırladaq ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.

Qəza baş verən zaman “Range Rover”in sükanı arxasında olan Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri