26 
İyn
2019
17:05
33
252
8420
Virtual karabakh

“Piramida Plaza”da tüstülənmə olub, sakinlər təxliyyə edilib - YENİLƏNİB + FOTO

26 İyn, 2019
17:05
8420

“Piramida Plaza”da tüstülənmə olub, sakinlər təxliyyə edilib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “Piramida Plaza” yaşayış binasının 13-17-ci mərtəbələri arasında, şaxtada tüstülənmə olub.

Oxu.Az xəbər verir ki, ilkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində qısaqapanma olub.

15 nəfər bina sakini təxliyyə edilib.

16:55

Bakının mərkəzində yerləşən “Piramida Plaza” yaşayış binasında tüstülənmə olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, artıq tüstülənmənin qarşısı alınıb.

Bundan əvvəl binada yanğın olduğu deyilirdi.

Hadisənin səbəbi araşdırılır.

16:28

Bakının mərkəzində “Piramida Plaza” yanır.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə yaxın dəqiqələrdə paytaxtın Mehdi Mehdizadə küçəsi, 33 ünvanında qeydə alınıb.

İlkin məlumata əsasən, yanğın binanın 12-ci mərtəbəsində başlayıb.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə yerinə yanğınsöndürən briqada cəlb edilib.

Könül Cəfərli, Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri