27 
İyn
2019
12:00
171
18
4321
Virtual karabakh

İşəgötürənlərə isti hava ilə bağlı - XƏBƏRDARLIQ

27 İyn, 2019
12:00
4321

İşəgötürənlərə isti hava ilə bağlı - XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Havanın temperaturu 41 dərəcədən çox olanda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlər görülməlidir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda deyilir.

Belə ki, yay mövsümü ilə əlaqədar nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin havanın temperaturu 41 dərəcədən çox olanda bəzi tədbirlər görməyini mütləq hesab edir.

Qeyd olunur ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 dərəcədən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Sözügdən hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Məcəlləyə əsasən, iş zamanı verilən fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri