28 
İyn
2019
16:43
166
34
7453
Virtual karabakh

Erməni girovluğundan azad olan azərbaycanlının durumu necədir? - Baş həkim açıqladı

28 İyn, 2019
16:43
7453

Erməni girovluğundan azad olan azərbaycanlının durumu necədir? - Baş həkim açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Girovluqdan azad olunan azərbaycanlı Elvin İbrahimov hazırda Qazax Müalicə Diaqnostika Mərkəzindədir.

Oxu.Az-ın bölgə müxbiri Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimovdan onun vəziyyətini öyrənib.

Baş həkim deyib ki, onun durumu kafi qiymətləndirilir:

“Qazax rayon Yuxarı Salahlı kənd sakini İbrahimov Elvin Arif oğlu girovluqdan azad olunaraq bu gün buraya gətirilib. Vəziyyəti kafidir, hazırda həkimlərimizin nəzarəti altında tibbi müayinə aparılır. Həyatı üçün heç bir təhlükə yoxdur. Yaxın zamanlarda evinə buraxılacaq”.

Xatırladaq ki, cari ilin mart ayının 15-dən 16-na keçən gecə Qazaxın Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq, qarşı tərəfə keçən E.İbrahimov erməni hərbçilər tərəfindən açılan atəşlə yaralanıb girov götürülmüşdü.

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı o, geri qaytarılıb.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri