29 
İyn
2019
15:17
59
322
7945
Virtual karabakh

Mingəçevirdəki İES-də baş verən nasazlıq aradan qaldırılıb - AÇIQLAMA + YENİLƏNİB

29 İyn, 2019
15:17
7945

Mingəçevirdəki İES-də baş verən nasazlıq aradan qaldırılıb - AÇIQLAMA + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti bu gün saat 11:35-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

Qurumdan Oxu.Az-a verilən məlumata görə, sözügedən tarixdə İES-ə məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verib.

Lakin nasazlığın genişlənməsinin qarşısı alınıb.

“Xüsusilə yeni quraşdırılan əks-qəza avtomatikasının işə düşməsi nəticəsində Respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb və ölkə üzrə enerji təminatı 100 faiz səviyyəsində saxlanılıb.

Yaranmış texniki problem ən qısa zamanda aradan qaldırılıb”, - deyə açıqlamada bildirilir.

13:05

“Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) tüstülənmə baş verib.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a bildirilib ki, İES-də kiçik texniki hadisə olub, lakin heç bir təhlükəli məqam yaşanmayıb.

Stansiyada yaranmış problem tez bir zamanda aradan qaldırılıb.

Təhlükəsizlik məqsədilə şəhərin bəzi ərazilərinə elektrik verilişi qısa müddətli dayandırılıb.

Xatırladaq ki, ötən ilin iyul ayında Mingəçevir şəhərində yerləşən İstilik Elektrik Stansiyasında partlayış olmuşdu. Hadisə nəticəsində ölən və yaralanan olmasa da, respublika ərazisində elektrik enerjisinin verilişində bir neçə gün fasilə yaranmışdı.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri