İyl
2019
17:06
144
39
6152
Virtual karabakh

Var-dövlətdən dəyərli boşqab - VİDEO

Salyan sakini Elmir Muradov öz peşəsinə qəlbən bağlıdır - 30 ildən çoxdur pinəçilik edir. Ailəsini elə də gəlirli olmayan bu peşə sayəsində qazandığı vəsaitlə dolandırır. 

Kitab oxumağa həvəsi olan pinəçinin həm də qədim məişət əşyalarını saxlamağa marağı var. Belə ki, o, ata babasından - Cümhuriyyət dövründən qalma bir boşqabı bu günədək qoruyub saxlayır.

Ata babası Hacı Ələkbər bacısı gəlin köçəndə bu boşqabı ona hədiyyə edib. Artıq 30 ilə yaxındır ki, E.Muradov ata babasının yadigarını nəinki saxlayır, hətta ondan istifadə edir.

Müsahibimiz bu boşqabla maraqlanan, satın almaq istəyənlərin çox olduğunu deyir, amma o, bunu heç kimə satmayıb.

Gələcəkdə boşqabı muzeyə verəcəyini deyən pinəçi bir əsrlik boşqabın onun üçün var-dövlətdən də dəyərli olduğunu bildirir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri