İyl
2019
11:09
54
82
4737
Virtual karabakh

166 Yükdaşıma və Logistika şirkətindən möhtəşəm layihə

2 İyl, 2019
11:09
4737

166 Yükdaşıma və Logistika şirkətindən möhtəşəm layihə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2012-ci ildən fəaliyyət göstərən 166 Yükdaşıma və Logistika şirkəti artıq Azərbaycanda brend kimi formalaşıb. Şirkətin brend kimi formalaşmasında işçi qüvvəsinin 90 faizinin gənclər təşkil etməsi böyük rol oynayır.

Gənclərlə iş məsələsinə daim önəm verən 166 Yükdaşıma və Logistika şirkəti bu il ilk dəfə həyata keçirilən “166 Logistika Akademiyası” təcrübə proqramını elan etdi.

Təcrübə proqramına 1000-ə yaxın gənc müraciət edərək imtahan və müsahibə mərhələlərinə dəvət aldılar. Hər bir mərhələni yüksək göstəricilərlə tamamlayan 45 gənc isə təcrübə proqramında iştirak etmək hüququnu qazandı.

01.07.2019 - 01.09.2019 tarixlərində gənclər şirkətin müxtəlif departamentlərində təcrübə əldə edəcəklər.

Qeyd etmək lazımdır ki, 166 Yükdaşıma və Logistika şirkətinin qapıları daim istedadlı gənclərə açıqdır. Vakansiyalarımızı və elanlarımızı 166.az saytından daim izləyin və müraciət edin.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri