İyl
2019
10:03
49
223
19060
Virtual karabakh

Zakir Qaralov Bakıya yeni hərbi prokuror təyin etdi

4 İyl, 2019
10:03
19060

Zakir Qaralov Bakıya yeni hərbi prokuror təyin etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıya yeni hərbi prokuror təyin edilib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb. 

Əmrə əsasən, ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Bakı hərbi prokuroru vəzifəsinə təyin olunub.

O, bundan əvvəl Hərbi Prokurorluğun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

Məlumatı hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev təsdiq edib.

Xatırladaq ki, bundan əvvəl Bakının hərbi prokuroru ədliyyə polkovniki İmran Əhmədov idi.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri