İyl
2019
13:31
22
276
7098
Virtual karabakh

Bakıda ərəb turistlərin mübahisəsi: polis araşdırır - VİDEO

4 İyl, 2019
13:31
7098

Bakıda ərəb turistlərin mübahisəsi: polis araşdırır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda ərəb turistlə Azərbaycan vətəndaşının əlbəyaxa dava etməsi barədə yayılan videogörüntülərə reaksiya verib.

İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, mübahisə, əslində, ərəb turistlərlə azərbaycanlılar arasında baş verməyib:

“Hadisə “Park Bulvar” ticarət mərkəzində olub. Ərəblər yüksək səslə bir-biriləri ilə mübahisə ediblər. Məsələ ilə bağlı Səbail rayon Polis İdarəsinin 39-cu Polis bölməsində araşdırma aparılır”.

Qeyd edək ki, BAKU.WS bundan öncə Bakıda ərəb turistlə Azərbaycan vətəndaşının əlbəyaxa dava etməsi barədə məlumat vermiş və videogörüntü yaymışdı.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri