16 
İyl
2019
08:51
34
207
5114
Virtual karabakh

Sabirabad mərkəzi bazarında yanğın söndürülüb - YENİLƏNİB

16 İyl, 2019
08:51
5114

Sabirabad mərkəzi bazarında yanğın söndürülüb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabad mərkəzi bazarında yanğın söndürülüb.

Oxu.Az xəbər verir ki, hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlərin birgə səyi nəticəsində yanğın söndürülüb.

Alovun digər obyektlərə və tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı bazarın 1200 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb.

Sahibkarlara xeyli miqdarda ziyan dəyib.

07:59

Sabirabad şəhərinin İlham İsgəndərov küçəsində yerləşən mərkəzi bazarında böyük yanğın baş verib.

Oxu.Az xəbər verir ki, hadisə yerinə qonşu rayonlardan da daxil olmaqla FHN-in 12 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub.

İlkin məlumata görə, “Əmin” marketdə başlanan yanğın sonradan genişlənib və böyük ərazini əhatə edib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri