16 
İyl
2019
16:39
334
28
4481
Virtual karabakh

10 aylıq körpənin ölümünə görə həkimlər işdən uzaqlaşdırıldı

16 İyl, 2019
16:39
4481

10 aylıq körpənin ölümünə görə həkimlər işdən uzaqlaşdırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 7-də 10 aylıq körpə Ələkbərli Türkel Cavid oğlu valideynləri tərəfindən Ağdaş rayon Mərkəzi Xəstəxanasına, oradan da Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Yüksək hərarəti olan T.Ələkbərli Mingəçevir xəstəxanasında dünyasını dəyişib.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir ki, Ağdaş rayon sakini, 2018-ci il təvəllüdlü T.Ələkbərlinin ölümü barədə aparılan araşdırma zamanı Ağdaş rayon Mərkəzi Xəstəxanasında və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında iyulun 7-8-i tarixində gecə növbələrində olan şəxslərin hadisənin təfərrüatı və baş vermə səbəbləri haqqında izahatları alınıb:

“Hazırda cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının araşdırma apardığı müddətdə hər iki xəstəxanada hadisə baş verən gün gecə növbəsində olan həkimlər işdən uzaqlaşdırılıb”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri