16 
İyl
2019
22:10
12
198
3922
Virtual karabakh

Gəncədə zəncirvari qəza: azyaşlı xəsarət aldı - FOTO/VİDEO

16 İyl, 2019
22:10
3922

Gəncədə zəncirvari qəza: azyaşlı xəsarət aldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə zəncirvari qəza olub.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Şah İsmayıl prospektində baş verib.

Belə ki, 1966-cı il təvəllüdlü Rövşən Zülfüqarovun idarə etdiyi “Mercedes E class”, 1983-cü il təvəllüdlü İlham Əzimovun idarə etdiyi “Mercedes C class” və 1985-ci il təvəllüdlü Ruzi Məmmədovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillər bir-biri ilə toqquşublar.

Hadisə şahidlərinin məlumatına görə, qəzaya səbəb Rövşən Zülfüqarovun dönmə hərəkətini düzgün yerinə yetirməməsi olub.

Qəza nəticəsində İ.Əzimovun avtomobildə olan azyaşlı övladı xəsarət alıb.

Dərhal Gəncə şəhər 2 saylı Uşaq xəstəxanasına çatdırılan körpəyə tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini qənaətbəxş olaraq qiymətləndiriblər.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri