18 
İyl
2019
16:17
53
380
10083
Virtual karabakh

Qızını namus üstündə öldürən ataya hökm oxundu

18 İyl, 2019
16:17
10083

Qızını namus üstündə öldürən ataya hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Oxu.Az-ın xəbərinə görə, Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsində baş verib. Masallı rayon, Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək metronun “20 Yanvar” stansiyasının yaxınlığında qızı, 27 yaşlı Aysel Məmmədlini namus üstündə öldürüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri