19 
İyl
2019
00:54
23
296
7209
Virtual karabakh

Qarşı yola çıxan VAZ “Kamaz”la toqquşdu, bir nəfər öldü - YENİLƏNİB+FOTO/VİDEO

19 İyl, 2019
00:54
7209

Qarşı yola çıxan VAZ “Kamaz”la toqquşdu, bir nəfər öldü - YENİLƏNİB+FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Ələt yolundakı qəzada bir nəfər ölüb.

Oxu.Az xəbər verir ki, “VAZ 2107”də olan sərnişin Cəfərov Lətif Razi oğlu avtomobildə sıxılı vəziyyətdə qalıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

L.Cəfərovun meyitini FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çıxararaq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil veriblər.

 

23:16

Bakıda ağır qəza baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Bakı-Ələt yolunda olub.

Qarşı yola çıxan “VAZ-2107” markalı avtomobil “Kamaz” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində yaralanan 1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz oğlu Klinik Tibbi Mərkəzə çatdırılıb.

Sosial şəbəkələrdə qəzanın görüntüləri yayılıb. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri