22 
İyl
2019
13:54
9
288
6355
Virtual karabakh

“Mercedes” yoldan çıxıb aşdı, bir nəfər öldü - VİDEO

22 İyl, 2019
13:54
6355

“Mercedes” yoldan çıxıb aşdı, bir nəfər öldü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə yolun 30 km-də, Təzəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Ağsu-Bakı marşrutu üzrə hərəkətdə olan, Ağsu sakininin idarə etdiyi “Mercedes” markalı maşın yoldan çıxaraq aşıb. Qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası xəsarət alanlardan birinə qəza yerində ilkin tibbi yardım göstərib və ambulator müalicəyə göndərib.

Digər yaralı, 1980-ci il təvəllüdlü Məhərrəmov Adil Cahid oğlu isə Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri