23 
İyl
2019
10:53
27
110
1895
Virtual karabakh

EYOF-da yarışan altı idmançı xəsarət aldı

23 İyl, 2019
10:53
1895

EYOF-da yarışan altı idmançı xəsarət aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) keçirildiyi məkanlarda ötən gün altı idmançı xəsarət alıb.

Səhiyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə növbətçilik çəkən təcili tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə altı müraciət daxil olub.

Müraciətlərdən beşi kiçik travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yardım ediblər.

18 yaşlı basketbolçu türk qız sol diz oynağının travması ilə müraciət edib. Təcili tibbi yardım briqadası onu Kliniki Tibbi Mərkəzə çatdırıb. İdmançı yardım edildikdən sonra buraxılıb. Vəziyyəti normaldır.

Xatırladaq ki, 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) keçiriləcəyi dövrdə müəyyən olunmuş yerlərdə 41 təcili tibbi yardım briqadaları növbə çəkir. Daha əvvəl də 18 müraciət daxil olub. 

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri