23 
İyl
2019
09:54
15
98
4367
Virtual karabakh

Bu ərazilərdə qaz təchizatı dayandırıldı - Qaz sızmaları aradan qaldırılacaq

23 İyl, 2019
09:54
4367

Bu ərazilərdə qaz təchizatı dayandırıldı - Qaz sızmaları aradan qaldırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saat 09:00-dan axşam saat 18:00-dək Gəncə şəhərinin bir hissəsi, Bağmanlar qəsəbəsi və Ağsu rayonunun 41 yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb. 

Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, məqsəd aşkarlanan qaz sızmalarının aradan qaldırılmasıdır.

Naftalan rayonunda isə bir qrup abonentin qaz təchizatı texniki baxışın aparılmasına görə dayandırılıb. Qazın verilişi saat 17:00-dək bərpa olunacaq. 

Xaçmaz şəhərində bir qrup abonentin bəzi təmir işləri ilə bağlı səhər saat 09:00-dan dayandırılan qaz təchizatı isə sabah bərpa olunacaq.

Bundan başqa, Ağstafa rayonunda istehlakçıların qaz təchizatının yaxşılaşdırılması və normadan artıq qaz itkilərinin qarşısının alınması məqsədilə təmir işlərinə başlanılıb. Buna görə də saat 10.00-dan təmir işləri başa çatanadək Ağstafa rayonunda bir qrup abonentin qaz təchizatı dayandırılıb. 

Eləcə də Samux rayonunda da orta təzyiqli yeraltı qaz xəttinin yenidənqurulması məqsədilə bir qrup abonentin qaz təchizatı saat 11.00-dan dayandırılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri