25 
İyl
2019
12:21
31
137
3366
Virtual karabakh

19 min müəllimdən üçü maksimum bal topladı

25 İyl, 2019
12:21
3366

19 min müəllimdən üçü maksimum bal topladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Builki müəllimlərin işə qəbulu imtahanlarında 41 288 namizəd iştirak edib. İmtahanda iştirak edən namizədlərdən 18 881 namizəd (46 faiz) uğur qazanaraq, növbəti mərhələyə vəsiqə qazanıb.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, uğur qazanan namizədlər arasında üç nəfər maksimal (60 bal) nəticə göstərib:

“Bu il imtahanlarda 21 375 namizəd ilk dəfə, 19 913 namizəd isə təkrar olaraq iştirak edib. Bəzi namizədlər keçən il bir fəndən, bu il isə digər yaxın fəndən imtahan veriblər”.

“Təkrar iştirak edən namizədlərin əksəriyyəti keçən ilki nəticələrdən daha yüksək nəticə qazanıblar”, - deyə nazir müavini qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri