25 
İyl
2019
16:30
22
201
4107
Virtual karabakh

Qeyri-çimərlik ərazilərlə bağlı bir günün qorxulu statistikası: yeddi qurban var - VİDEO

25 İyl, 2019
16:30
4107

Qeyri-çimərlik ərazilərlə bağlı bir günün qorxulu statistikası: yeddi qurban var - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Azərbaycanda qeyri-çimərlik ərazilərdə yeddi nəfər boğulub.

Oxu.Az-ın məlumatına görə, Bilgəh çimərliyində Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Hüseyn Əli oğlu Dadaşov, Abşeron rayon sakini, 1996-cı il təvəllüdlü Şamxal Zakir oğlu Ağayev, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Samir Rövşən oğlu Bağırov, 1996-cı il təvəllüdlü Asiman Ağaismayıl oğlu Cavadlı, Pirşağı çimərliyində Abşeron rayon sakini, 2003-cü təvəllüdlü Gülər Xəzər qızı Cəlilova və qardaşı, 2008-ci il təvəllüdlü Eldəniz Cəlilov, Goradil çimərliyində 1989-cu il təvəllüdlü Lamiyə Əli qızı Məmmədova suda boğulublar.

Onların meyitləri sudan çıxarılıb. 

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili saytımıza açıqlamasında bildirib ki, ölüm halları qeyri-çimərlik ərazilərində baş verib:

“FHN vətəndaşlara müraciət edir ki, nəzarətsiz ərazilərdə üzməsinlər. Küləkli havada dənizə girmək düzgün deyil. Son günlər küləkli havada suya girənlər çox olur və bəzi bədbəxt hadisələr baş verib.

Bu gün də havanın küləkli olmasına baxmayaraq, vətəndaşlar qeyri-çimərlik ərazisindən istifadə edirlər. Vətəndaşlar “Çimmək qadağandır” lövhəsinə məhəl qoymur və qeyri-çimərlik ərazisindən istifadə edirlər”.

Qeyd edək ki, təqdim etdiyimiz video Bilgəhdə qeyri-çimərlik ərazisində qeydə alınıb. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri