26 
İyl
2019
15:12
38
132
4274
Virtual karabakh

İran gəmisi Lənkəran limanı yaxınlığında qəzaya uğradı - Helikopterlər cəlb edilib

26 İyl, 2019
15:12
4274

İran gəmisi Lənkəran limanı yaxınlığında qəzaya uğradı - Helikopterlər cəlb edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrana məxsus yük gəmisi Azərbaycan sərhəd sularında qəzaya uğrayıb.

Bu barədə Oxu.Az-a Dövlət Dəniz Agentliyindən məlumat verilib.

Hadisə saat 14:10 radələrində baş verib.

Belə ki, İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliynin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.

Qərargah tərəfindən FHN-nin ikihelikopteri və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri