26 
İyl
2019
22:09
210
47
7575
Virtual karabakh

Xəzərdə batan İran gəmisinin heyəti Bakıya gətirildi - FOTO/VİDEO

26 İyl, 2019
22:09
7575

Xəzərdə batan İran gəmisinin heyəti Bakıya gətirildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzərdə batan İran gəmisinin heyət üzvləri Bakıya gətirilib.

Oxu.Az-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi vasitəsilə batan gəminin doqquz nəfərdən ibarət olan ekipajı tam heyətlə gətirilib.

Su Nəqliyyatında Polis İdarəsindən bildirilib ki, bu addım onların təhlükəsizliyi üçün atılıb. 

Qeyd edək ki, bu gün günorta saatlarında İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliynin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin doqquz nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

Qeyd edək ki, fırtınalı hava şəraitinin dəyişməsi sərhədçilərin batan gəmi heyətinin xilas edilməsi əməliyyatını uğurla həyata keçirməsinə imkan yaradıb.

İlhamə Əbülfət

Kamil Əmirli

Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri