27 
İyl
2019
12:39
25
139
7275
Virtual karabakh

Polis olduğu deyilən qatil qadın üç il əvvəl işdən çıxarılıb - RƏSMİ

27 İyl, 2019
12:39
7275

Polis olduğu deyilən qatil qadın üç il əvvəl işdən çıxarılıb - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Baş Polis İdarəsinin xanım əməkdaşı sevgilisini öldürməkdə təqsirləndirilir. İddialara görə, qadın polis əməkdaşı Abşeron rayonu Xırdalan şəhərində qeyri-rəsmi münasibətdə olduğu Ramiz Hüseynovu gecə saatlarında Xırdalanda qətlə yetirməkdə ittiham olunur.

Bakı Şəhər Baş Polis İdarəsi iddialara münasibət bildirib.

İdarənin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşı olduğu iddia edilən Günel Qasımova daxili işlər orqanlarından 2016-cı ilin yanvar ayında xaric olunub.

Qeyd edək ki, hadisə 2018-ci ilin oktyabr ayında parkda baş verib. Xırdalan şəhər sakini, 27-ci məhəllə, ev 2, mənzil 9-da yaşayan 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

G.Qasımova barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələbetmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri