28 
İyl
2019
01:15
31
257
10994
Virtual karabakh

Biləcəridə zəncirvari qəza: MAZ üç maşını əzib keçdi - VİDEO

28 İyl, 2019
01:15
10994

Biləcəridə zəncirvari qəza: MAZ üç maşını əzib keçdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində olub.

Belə ki, yüklə dolu MAZ markalı yük avtomobili işıqforun qırmızı işığında idarəetməni itirib.

Nəticədə o, qarşıdan gələn “İsuzu” markalı kiçiktutumlu yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində “İsuzu” yoldakı “Toyota” markalı minik maşınının üzərinə aşıb.

İdarəetmədən çıxan MAZ ardınca “Mercedes” markalı avtomobillə də toqquşduqdan sonra divara dəyərək dayanıb.

Qəza səbəbindən yolda nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri