30 
İyl
2019
11:40
240
20
5126
Virtual karabakh

Silah gəzdirən və narkotik satanlar həbs edildi - FOTO

30 İyl, 2019
11:40
5126

Silah gəzdirən və narkotik satanlar həbs edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Üzərində qanunsuz olaraq silah-sursat gəzdirən və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məlumatına əsasən, saxlanılan Yasamal rayon sakini Firuz Kərimovun idarə etdiyi “VAZ 2121” markalı avtomobilin yük yerinə baxış zamanı 1 ədəd “Kalaşnikov” tipli avtomat silah, həmin silaha məxsus 1 ədəd daraq və 30 ədəd patron aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində silah-sursatın ola məxsus olduğunu etiraf edib.

Baş İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev saxlanılıb. Onun Abşeron rayonu, Quşçuluq massivində yerləşən evinə baxış zamanı satış məqsədilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi 980 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı onun Bakı şəhəri və Abşeron rayonunda narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib.

Bundan başqa, Biləsuvar rayon sakini Qadir Qarayev paytaxt ərazisində tutulub. Onun idarə etdiyi “QAZ 2411” markal avtomobilə baxış zamanı bir kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs heroini yaşadığı rayondan istintaqa məlum olmayan mənbədən əldə etdiyini və satmaq məqsədilə Bakıya gətirdiyini qeyd edib.

Qeyd edilən faktlarla bağlı Baş İdarədə cinayət işləri başlanılıb.

Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri