30 
İyl
2019
14:41
23
244
3832
Virtual karabakh

Turistlərin Şəkidə gördüyü xoşagəlməz mənzərə: çayı kim zibilləyir? - FOTO/VİDEO

30 İyl, 2019
14:41
3832

Turistlərin Şəkidə gördüyü xoşagəlməz mənzərə: çayı kim zibilləyir? - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə Qurucana çayına mütəmadi olaraq məişət tullantıları atılır. Müşahidə olunan natəmizlik yay aylarında daha geniş vüsət alıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, sakinlər ərazidə zibil qutularının olmasına baxmayaraq, tullantıları, hətta ölmüş ev heyvanlarını yol kənarlarına və ya çaya atırlar. Bu da ətrafda antisanitar vəziyyət yaradır.

Zibilliklər ilin bütün mövsümlərində yerli və xarici turistlərlə dolub-daşan Şəkidə xoşagəlməz mənzərəyə səbəb olur.

Şəki şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyinin direktoru İntiqam Əşirovun sözlərinə görə, çayları zibilləyənlərlə bağlı tədbirlərin görülməsinə başlanılıb. Məişət tullantılarını çaya atan şəxslər 20 manat civarında cərimə olunur.

Qeyd edək ki, turistlərin axın etdiyi Şəki şəhərinin mərkəzindən axan Qurucana çayının hövzəsində olan tullantıları asanlıqla müşahidə etmək mümkündür.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri