Avq
2019
13:50
141
204
15033
Virtual karabakh

Bakıda şamlıq ərazidə fahişəni zorlayıblar? - Polis araşdırma aparır

2 Avq, 2019
13:50
15033

Bakıda şamlıq ərazidə fahişəni zorlayıblar? - Polis araşdırma aparır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının daxili işlər orqanlarının rayon bölməsinə qrup şəklində zorlama haqqında şikayət daxil olub.

Bu barədə Oxu.Az-a Binəqədi Rayon Polis İdarəsindən məlumat veriblər.

Abşeron rayonunun 33 yaşlı sakini A.İ 40-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, gecə saat 03:00-da Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığında, şam ağaclarının olduğu ərazidə iki naməlum kişi tərəfindən zorlanıb. Onlardan biri taksi sürücüsü olub.

Lakin ilkin araşdırma zamanı A.İ-nin ifadəsi tam təsdiqini tapmayıb. Məlum olub ki, qadın həmin ərazidə fahişəliklə məşğul olur. Ehtimal edilir ki, qadın ilkin olaraq qiymət danışaraq kişilərlə ağaclıqda cinsi əlaqəyə girib. Lakin kişilər göstərilən intim xidmətə görə ödəniş etməyiblər və qaçıblar. Aldadılmış qadın polisə şikayət edib.

Faktla bağlı heç kim saxlanılmayıb. Təhqiqat davam edir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri