Avq
2019
16:36
36
187
6336
Virtual karabakh

Bölgənin ən böyük maşın bazarında alıcı qıtlığı: qiymətlər artır, “VAZ sevgisi” azalmır - REPORTAJ

5 Avq, 2019
16:36
6336

Bölgənin ən böyük maşın bazarında alıcı qıtlığı: qiymətlər artır, “VAZ sevgisi” azalmır - REPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bölgəin ən böyük maşın bazarı alıcı qıtlığı yaşayır.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, həftədə iki dəfə satış həyata keçirilən Bərdə avtomobil bazarında qiymətin bahalaşması alıcılıq qabiliyyətinə təsir göstərib. 

Paytaxtdan fərqli olaraq burada tələbat daha çox buraxılış ili köhnə olan avtomobillərədir. Belə ki, “VAZ-2106” və “VAZ-2107” maşınlarına alıcı daha tez tapılır.

Maşınların qiyməti isə buraxılış ilinə görə dəyişir. Bazarda ən ucuz maşın 2500 manatdan başlayır. Burada, demək olar, xarici markalı maşınlar satılmır. Buna səbəb isə rayonda bu maşınlara marağın azlığıdır.

Qiymətlərin baha, alıcılıq qabiliyyətinin aşağı olmasından şikayətlənən satıcılar yaxın iki ayda avtomobillərin qiymətinin daha da artacağını düşünürlər. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri