Avq
2019
23:26
15
148
3992
Virtual karabakh

Sabunçuda bıçaqlanma: ağır yaralı var

5 Avq, 2019
23:26
3992

Sabunçuda bıçaqlanma: ağır yaralı var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə avqustun 4-də gecə baş verib.

Kimliyi bəlli olmayan şəxslər rayon sakini, 1981-ci il təvəllüdlü İskəndərov Asif İskəndər oğluna hücum edərək, ona üç bıçaq zərbəsi vurublar.

Yaralı təcili olaraq 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan zərərçəkmişdən hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb.

Hazırda 12-ci Polis bölməsinin əməkdaşları cinayətkarların axtarılması istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər.

Bədənə ağır dərəcəli xəsarət yetirmək ittihamı ilə cinayət işi başlanıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri