12 
Avq
2019
23:54
15
231
4015
Virtual karabakh

Goranboyda yol qəzası - ölən və yaralananlar var

12 Avq, 2019
23:54
4015

Goranboyda yol qəzası - ölən və yaralananlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboyda ağır yol qəzası baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Kəpənəkçi kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Güloğlan Hümmət oğlu Tağıyevin idarə etdiyi “VAZ-21015” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində onun atası, 1940-cı il təvəllüdlü Hümmət İbrahim oğlu Tağıyev hadisə yerində ölüb.

Qəza zamanı sürücü və onun oğlu, 1995-ci il təvəllüdlü Tağıyev Xaliq Güloğlan oğlu isə müxtəlif bədən xəsarətləri alıblar.

Nazir Quliyev

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri