15 
Avq
2019
15:41
570
51
6142
Virtual karabakh

Rusiyada azərbaycanlı gənc yanan evə girdi, insan həyatını xilas etdi - VİDEO

15 Avq, 2019
15:41
6142

Rusiyada azərbaycanlı gənc yanan evə girdi, insan həyatını xilas etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Nijnevartovsk şəhərində 25 yaşlı azərbaycanlı Şəhriyar Axundov yanan evin sakinini xilas edib.

Oxu.Az xəbər verir ki, yanğın Divni qəsəbəsindəki fərdi evdə baş verib.

Bir neçə dəqiqədən sonra yanğın bütün taxta tikilini əhatə edib. Bu zaman yaxınlıqda olan Ş.Axundov hasarın üstündən tullanaraq yanan evə girib və köməksiz vəziyyətdə qalan şəxsi xilas edib.

“Köməyə ehtiyacı olan insanlar var. Ona görə də qorxmurdum. Mən kömək etməli idim. 

Düşündüm ki, yanan evdə uşaqlar, qocalar ola bilər. Hər kəsin yardıma ehtiyacı var. Kimsə ehtiyac duyursa, onlara kömək etmək lazımdır”, - azərbaycanlı gənc deyib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri