17 
Avq
2019
10:54
269
414
17486
Virtual karabakh

Elçin Quliyev müğənni Elnarəyə medal verdi: "Qürur və şərəf duyuram" - FOTO

17 Avq, 2019
10:54
17486

Elçin Quliyev müğənni Elnarəyə medal verdi: "Qürur və şərəf duyuram" - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Elnarə Xəlilova medala layiq görülüb.

Oxu.Az xəbər verir ki, E.Xəlilova Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən yubiley medalı ilə təltif edilib.

Müğənni Oxu.Az-ın əməkdaşı ilə söhbətində medalla təltif olunduğu üçün qürur və şərəf duyduğunu dilə gətirib:

"Bu cür yüksək mükafata layiq görüləcəyimi gözləmirdim. Bu mükafat məni çox qürurlandırdı. Artıq uzun müddətdir ki, mən də sərhədçiyəm. Bu şərəfli adı daşıdığım üçün çox xoşbəxtəm.

Bütün sərhədçiləri öz adımdan 100 illik yubiley münasibətilə təbrik edirəm. Hər bir azərbaycanlı kimi mənim də ən böyük arzum Qarabağımızı azad görməkdir. Eyni zamanda, bütün əsgərlərimizə tutduqları şərəfli yolda uğurlar, cansağlığı arzulayıram".

Qeyd edək ki, leytenant rütbəsi daşıyan E.Xəlilova Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin solistidir.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri