20 
Avq
2019
21:10
18
358
2543
Virtual karabakh

Qubada 50 hektar taxıl sahəsi yandı

20 Avq, 2019
21:10
2543

Qubada 50 hektar taxıl sahəsi yandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubada biçilmiş taxıl sahəsində güclü yanğın baş verib. 

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, yanğın rayonun Alpan kəndində qeydə alınıb. 

Sakinlərə məxsus 50 hektar taxıl sahəsində baş verən yanğın söndürülüb.

Quba rayon İcra hakimiyyəti başçısının müavini Xanlar Heybətov Oxu.Az-a açıqlamasında bildirib ki, yanğın nəticəsində ərazidə Sovet dövründən qalan 10 alma ağacının ətrafındakı kol-kos da yanıb.

Yanğın 2 saat ərzində söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Tehran Orucoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri