21 
Avq
2019
12:11
18
252
3649
Virtual karabakh

Lerikdə meşədəki yanğın evlərə yaxınlaşır - FOTO/VİDEO

21 Avq, 2019
12:11
3649

Lerikdə meşədəki yanğın evlərə yaxınlaşır - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lerik və Lənkəran rayonlarının meşə ərazisində baş verən yanğın davam edir.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, meşəlik ərazidən başlayan yanğın Lerikin Piran kəndində yaşayış evlərinə yaxınlaşır.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya Dəstəsinin "BE 200 ÇS" amfibiya təyyarəsi cəlb olunub.

Küləkli hava yanğının söndürülməsi işində çətinlik yaradır.

Qeyd edək ki, avqustun 20-si saat 14:00-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Mürəkkəb relyefli dağlıq ərazidə quru ot, kol-kos və seyrək ağaclıq yanır.

Yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin təyyarə və helikopterləri ilə yanaşı, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb ediliblər.

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri