21 
Avq
2019
16:38
106
26
4261
Virtual karabakh

Məhkəmə qanunsuz əməlinə görə müstəntiq haqqında xüsusi qərar qəbul etdi

21 Avq, 2019
16:38
4261

Məhkəmə qanunsuz əməlinə görə müstəntiq haqqında xüsusi qərar qəbul etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məmmədov Elman Abbasəli oğlunun AR CM-nin 228.1-ci, yəni qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetrilmədiyindən və cinayət hadisəsi olmadığından bəraət hökmünün qəbul olunmasına nail oldum.

Oxu.Az xəbər verir ki, bu barədə vəkil Orxan Kəngərli məlumat yayıb. 

"Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İŞ-nin müstəntiqi bir çox qanunsuzluqlara yol verərək müvəkkilim azadlığının doqquz ay qanunsuz olaraq məhdudlaşdırılmasına nail olmuşdu.

Qanunsuz əməllərinə görə müstəntiq barəsində məhkəmə xüsusi qərar qəbul etdi. Ədalətli qərara görə Nərimanov Rayon Məhkəməsinin hakimi Tural Ələkbərova təşəkkür edirəm", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri