22 
Avq
2019
12:57
14
146
2594
Virtual karabakh

Dəm qazından zəhərlənənlər: Yeddi rayonda daha çox qeydə alınır

22 Avq, 2019
12:57
2594

Dəm qazından zəhərlənənlər: Yeddi rayonda daha çox qeydə alınır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin əvvəlindən bu günə kimi 80 nəfər dəm qazından zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.

Bunu Oxu.Az-a açıqlamasında şöbənin baş həkimi Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dəm qazından zəhərlənənlər arasında ölüm hadisəsi baş verməyib:

"Amma altısı uşaq olmaqla, 14 nəfərin vəziyyəti ağır olub. Hamısı müayinədən keçirildikdən sonra onların dəm qazından zəhərlənməsi təsdiqlənib".

A.Maqsudov əlavə edib ki, şöbəyə daha çox Hacıqabul, Şirvan, Şamaxı, Tovuz, Şəmkir, Yevlax və Bərdə rayonlarından dəm qazından zəhərlənənlər gətirilib.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri