27 
Avq
2019
16:38
18
246
4841
Virtual karabakh

Azərbaycanda daha bir qadın itkin düşdü: üç uşağı ilə birlikdə - FOTO

27 Avq, 2019
16:38
4841

Azərbaycanda daha bir qadın itkin düşdü: üç uşağı ilə birlikdə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Siyəzəndə 30 yaşlı qadın itkin düşüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən rayonunun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı cari ilin iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Gülnar Həmzəliyevanın əlamətləri belədir: boyu 155 sm, yumru sifətli, kök bədən quruluşlu, şabalıdı saçlı. Gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.  

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin, Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 077-390-70-75 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri