28 
Avq
2019
11:08
26
104
1872
Virtual karabakh

Göyçaylı kişidən 80 kq narkotik götürüldü

28 Avq, 2019
11:08
1872

Göyçaylı kişidən 80 kq narkotik götürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və onların kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini 48 yaşlı Sahil Abdullayev saxlanılıb.

Bununla bağlı DİN Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Onun yaşadığı evə və həyətyanı sahəsinə də baxış keçirilib. Oradan ümumi çəkisi 80 kq-dan artıq olan, xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 24 ədəd çətənə bitkisi və 1 kq 50 qr narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri