29 
Avq
2019
16:37
27
80
4117
Virtual karabakh

Azərbaycanda bu qədər vakant müəllim yeri var

29 Avq, 2019
16:37
4117

Azərbaycanda bu qədər vakant müəllim yeri var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, 3000-ə qədər müəllim daimi əsaslarla işə qəbul edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə məlumat verib.

O bildirib ki, 2019-cu ildə 41 mindən artıq namizəd müəllimlərin işə qəbulu üzrə test imtahanlarında iştirak edib. Müsabiqənin müsahibə mərhələsində iştirak üçün 3728 namizəd çağırılıb:

"Həmin namizədlərin 3180-i müsahibə prosesinə buraxılıb. Müsahibənin nəticələri dünən iştirakçıların şəxsi səhifələrinə göndərilib. Elan edilmiş nəticələrə əsasən, 3000-ə qədər namizəd müsahibədən uğurla keçib.

Müsahibə mərhələsində heç bir ciddi dəyişiklik yoxdur, sadəcə, məkan dəyişikliyi olacaq. Belə ki, müsahibələr Texniki Universitetin idman zalında yox, namizədlərin şəxsi səhifələrinə göndərəcəyimiz orta ümumtəhsil məktəblərində keçiriləcək".

M.Camalzadə bu il müsabiqəyə 7310 vakant yerin çıxarıldığını bildirib:

"Çalışmışıq ki, bütün regionlar üzrə vakant yerlər olsun".

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri