Sen
2019
09:15
13
108
1718
Virtual karabakh

Bakıda yaşayış binasında yanğın: 18 nəfər təxliyə olunub

4 Sen, 2019
09:15
1718

Bakıda yaşayış binasında yanğın: 18 nəfər təxliyə olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqalədə Hallar Nazirliyi Paytaxtın Səbail rayonu, Nizami küçəsində yerləşən üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin xəbərinə görə, dəhlizinin atma taxtaları 10 m² sahədə və ümumi sahəsi 140 m² olan üç mənzilin yanar konstruksiyaları 55 m² sahədə yanıb. Yanğın zamanı Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 18 nəfər bina sakini təxliyə olunub. 

Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən söndürülüb mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, dünən gecə Nizami küçəsində baş verən yanğınla bağlı təcili yardıma müraciət edən olmayıb:

"Hadisə yerinə gələn təcili tibbi yardım briqadasına hər hansı bir yanıq xəsarəti ilə müraciət edən olmayıb. Təcili yardım briqadasına nevrotik reaksiya diaqnozu ilə 1 kişi və 2 qadın yaxınlaşıb. Müraciət edənlərə yerində yardım göstərilib".

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri