Sen
2019
10:39
50
169
4260
Virtual karabakh

Meşədə narkotik plantasiyası yaratdı - FOTO

7 Sen, 2019
10:39
4260

Meşədə narkotik plantasiyası yaratdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllıda meşədə çəkisi iki tondan artıq çətənə kolu becərilib.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası, satışı ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Qalınçaq kənd sakini 26 yaşlı Vüqar Fətəliyev saxlanılıb. 

V. Fətəliyevdən Qalınçaq kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilərə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi 1527 ədəd çətənə kolu, ümumi çəkisi 20 kq-a yaxın olan çətənə bitkisinin hissələri, eləcə də həmin narkotik tərkibli bitkilərdən yığaraq əldə etdiyi 2 kq 800 qr qurudulmamış və üç kq-dan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

V. Fətəliyev ifadəsində narkotik tərkibli bitkiləri aprel ayında əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub. 

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri