Sen
2019
21:57
65
481
21396
Virtual karabakh

Neftçalada dəhşətli qəzada ölənlərin sayı artdı - YENİLƏNİB + FOTO

7 Sen, 2019
21:57
21396

Neftçalada dəhşətli qəzada ölənlərin sayı artdı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçalada baş verən qəzada "Mersedes"in sürücüsü, 1983-cü il təvəllüdlü Həşimov Habil Əbülfəz oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.

 

16:21


Neftçala-Xolqaraqaşlı avtomobil yolunda baş verən qəzada ölən və yaralıların adları bəlli olub. 

Oxu.Az xəbər verir ki, 1983-cü il təvəllüdlü Həşimov Habil Əbülfəz oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Xankişiyev Xanlar Ayaz oğlunun idarə etdiyi "Lexus" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "Lexus"un sürücüsü, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Səmədova Mərviyyə Qurban qızı, Neftçala sakini, 2017-ciil təvəllüdlü Ələkbərova Humay Elçin qızı ölüb.

Neftçala sakinləri, 1991-ci il təvəllüdlü Ələkbərova Günay Əbülfəz qızı, Ələkbərov Elçin və  "Mercedes"in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

15:38

Neftçalada iki avtomobil toqquşub. 

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə yeni tikilən Neftçala-Xolqaraqaşlı avtomobil yolunda baş verib.

Bildirilir ki, iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri