10 
Sen
2019
10:34
164
13
2141
Virtual karabakh

Bakı Şəhər İcra Hakimiyyəti uşaq bağçalarında yoxlamalara başlayır

10 Sen, 2019
10:34
2141

Bakı Şəhər İcra Hakimiyyəti uşaq bağçalarında yoxlamalara başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qışa hazırlıq tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qurumlarında, o cümlədən, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan uşaq bağçaları və uşaq evlərində də qışa hazırlığın, burada mövcud sanitar-gigiyenik və epidemoloji vəziyyətinin öyrənilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən sərəncam imzalanıb, müvafiq komissiya yaradılıb.

Bu barədə BŞİH-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Komissiya tərəfindən uşaq bağçalarına baxışlar keçiriləcək, bağçaların binaları, dam örtüyünün, istilik sistemlərinin vəziyyəti yoxlanılacaq.

Ərzaq təchizatı, saxlanma şəraiti, qidalanma məsələləri, uşaqların sağlamlıq səviyyəsi, infeksion xəstəliklərdən qorunma, profilaktika tədbirləri və digər məsələlərə xüsusi fikir veriləcək.

Komissiyanın rəyi araşdırılacaq və müvafiq tədbirlər görüləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri