10 
Sen
2019
16:45
50
245
4387
Virtual karabakh

Filippin vətəndaşı Bakıda mənzil soydu

10 Sen, 2019
16:45
4387

Filippin vətəndaşı Bakıda mənzil soydu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda mənzil soymaqda şübhəli bilinən Filippin vətəndaşı saxlanılıb.

Bu barədə Oxu.Az-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Əməliyyatçılar tərəfindən 1980-ci il təvəllüdlü Soayqan Qrinfilds Domaquem saxlanılıb. Qadın 29 yaşlı Bakı sakini Cəfər Məmmədovun evində xidmətçi işləyib.

Bir müddət əvvəl Oxu.Az xəbər vermişdi ki, Səməd Vurğun küçəsində yaşayan C.Məmmədov 18 iyul tarixində polisə şikayət edərək evindən səkkiz min manatlıq zinət əşyasının yoxa çıxdığını bildirmişdi. O, oğurluğu xidmətçinin törətdiyindən şübhələnirdi.

Soayqan isə mənzildən pul yoxa çıxdıqdan sonra işə gəlməyib. Onu kirayədə yaşadığı mənzildə saxlayıblar. Xarici vətəndaşa qarşı Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə cinayət işi açılıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri