11 
Sen
2019
04:24
13
153
5319
Virtual karabakh

Heydər Əliyev prospektində qəza - FOTO/VİDEO

11 Sen, 2019
04:24
5319

Heydər Əliyev prospektində qəza - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nərimanov rayonunda 2 avtomobil toqquşub.

Oxu.Az xəbər verir ki, Nuri Samir İlyas oğlu idarə etdiyi "99 KA 222" dövlət nömrə nişanlı "Hundai" markalı minik avtomobili Heydər Əliyev prospektində hərəkətdə olarkən anidən idarəetməni itirib, beton arakəsməyə çırpılıb və aşaraq yan yola keçib.

Burada "Hundai", Məmmədov Zaur Rasim oğlunun idarə etdiyi "Volkswagen Passat" markalı avtomaşına çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb, avtomobillər deformasiyaya uğrayıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, hadisə "Hundai" markalı avtomobilin yolda yüksək sürətlə hərəkətdə olması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri