12 
Sen
2019
11:35
177
37
10635
yuxarı
Polis Mahir Emrelinin evini soyan şəxslərin kimliyini müəyyənləşdirdi - ÖZƏL
12 Sen, 2019
11:35
10635
177
37
Polis Mahir Emrelinin evini soyan şəxslərin kimliyini müəyyənləşdirdi - ÖZƏL
Binəqədi Rayon Polis idarəsinin əməkdaşları məşhur futbolçu, “Qarabağ” futbol klubunun hücumçusu Mahir Emrelinin evini soymaqda şübhəli bilinən şəxsləri müəyyənləşdirib.
Bu barədə Oxu.Az-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata əsasən, Qazax rayonundan olan iki nəfər yeniyetmə qarətdə şübhəli bilinir.
Sözügedən şəxslər saxlanılmadığı üçün adları açıqlanmır. Onlardan biri oğurluğa görə artıq məhkumluq həyatı yaşayıb.
Qeyd edək ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və beş min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Ramella İbrahimxəlilova
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək