16 
Sen
2019
10:37
66
29
2533
Virtual karabakh

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

16 Sen, 2019
10:37
2533

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.

DİM-dən verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 20 sentyabr tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.

Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat 20 sentyabr saat 09:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlardakı test tapşırıqlarından istifadə ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri